Haqqımızda
Sapiens.az Azərbaycanda psixoloqlar, psixologiya sahəsində təhsil alan tələbələr və psixoloji dəstək axtaran şəxslər üçün yaradılmış, tamamilə ödənişsiz rəqəmsal platformadır.
Platformanın əsas məqsədi Azərbaycanda psixologiya və ruh sağlamlığı sahəsində əlçatan, etibarlı və inkişafyönümlü dəstək ekosistemi formalaşdırmaqdır.
Psixoloji dəstəyə ehtiyacı olan şəxslər üçün
Sapiens.az vasitəsilə psixoloq axtaran şəxslər müxtəlif mütəxəssislərin profilləri ilə tanış ola, onların təhsil və peşəkar məlumatlarını nəzərdən keçirə və öz ehtiyaclarına uyğun mütəxəssis seçə bilərlər.
Platformada psixoloq kimi qeydiyyatdan keçən hər bir mütəxəssisin diplomu və psixologiya sahəsində təhsil məlumatları Sapiens.az komandası tərəfindən yoxlanıldıqdan sonra profil təsdiqlənir.
Bu yoxlama mexanizmi istifadəçilərə psixoloji dəstək üçün müvafiq ali təhsilə malik və təhsili təsdiqlənmiş mütəxəssislərlə əlaqə yaratmaq imkanı verir.
Psixoloqlar üçün — tamamilə ödənişsiz CRM sistemi
Sapiens.az yalnız psixoloq tapmaq üçün platforma deyil. Psixoloqlar üçün tamamilə ödənişsiz CRM sistemi də təqdim edir.
Sistem vasitəsilə psixoloqlar:
müraciətləri öz profillərində dərhal görə və idarə edə;
seans müraciətlərini təsdiqləyə;
öz uyğunluqlarına əsasən seans vaxtları təyin edə;
pasiyentləri ilə seans prosesini idarə edə;
pasiyentlərə ev tapşırıqları verə və onları sistem üzərindən izləyə bilərlər.
Beləliklə, Sapiens.az psixoloqlar üçün yalnız görünürlük və müraciət platforması deyil, həm də gündəlik peşəkar fəaliyyətin idarə edilməsini asanlaşdıran rəqəmsal mühitdir.
Psixologiya tələbələri üçün real təcrübə imkanı
Psixologiya sahəsində təhsil alan tələbələrin ən böyük çətinliklərindən biri nəzəri bilikləri real praktik təcrübə ilə birləşdirmək imkanının məhdud olmasıdır.
Sapiens.az bu ehtiyacı nəzərə alaraq psixologiya tələbələrinə platformada könüllü psixoloq kimi qeydiyyatdan keçmək imkanı yaradır.
Könüllü psixoloqlar öz bilik və bacarıqlarını inkişaf etdirə, real müraciətlərlə işləyərək psixologiya sahəsində praktiki təcrübə qazana bilərlər.
Könüllü psixoloqlarla keçirilən seanslar üçün pasiyentdən heç bir ödəniş tələb edilə bilməz. Eyni zamanda könüllü psixoloqların bu fəaliyyətinə görə özlərindən də hər hansı ödəniş tələb olunmur.
Bu istiqamətin məqsədi tələbələr üçün təhlükəsiz və məsuliyyətli şəkildə öyrənmək, inkişaf etmək və təcrübə qazanmaq imkanı yaratmaqdır.
Psixologiya haqqında bilik və maarifləndirmə
Sapiens.az psixoloji dəstəklə yanaşı, psixologiya sahəsində maarifləndirmə və bilik mübadiləsini də dəstəkləyir.
Platformada istifadəçilər:
psixologiya mövzusunda məqalələrlə tanış ola;
Sapiens.az mütəxəssisləri tərəfindən hazırlanmış yeni yazıları oxuya;
psixologiya sahəsində aktual mövzular haqqında məlumat əldə edə;
audio və video podkastları izləyə və dinləyə;
psixologiya sahəsində həyata keçirilən layihə və təşəbbüslər haqqında məlumat ala bilərlər.
Bununla yanaşı, psixoloqlar da öz məqalələrini Sapiens.az platformasında paylaşaraq psixologiya sahəsində elmi və peşəkar məzmunun inkişafına töhfə verə bilərlər.
Psixologiya sahəsində vahid platforma
Sapiens.az-ın məqsədi sadəcə psixoloqla pasiyenti bir araya gətirmək deyil.
Biz psixoloqları, psixologiya tələbələrini, mütəxəssisləri və psixoloji dəstəyə ehtiyacı olan şəxsləri vahid rəqəmsal mühitdə birləşdirən davamlı psixologiya ekosistemi formalaşdırmağı hədəfləyirik.
Daha əlçatan psixoloji dəstək, daha çox praktiki imkan, daha keyfiyyətli məlumat və daha güclü peşəkar icma — Sapiens.az-ın əsas istiqamətləridir.
Sapiens.az — psixoloji sağlamlığı daha əlçatan, praktik və etibarlı etmək üçün xidmətinizdəyik.
Hörmətlə,
Rüstəm Mədədzadə / Təsisçi