Tez-tez verilən suallar
Seansı necə bron edə bilərəm?
Qeydiyyatdan keçdikdən sonra 'Psixoloqlar' bölməsindən sizə uyğun mütəxəssisi seçib, əlçatan tarix/saat seçərək bron sorğusu göndərə bilərsiniz.
Seanslar məxfidirmi?
Psixoloqla seans zamanı paylaşdığınız məzmun Sapiens.az tərəfindən seansın məzmunu kimi izlənilmir və psixoloq-pasiyent arasında məxfi münasibət çərçivəsində qalır. Platformada saxlanılan texniki və hesab məlumatları isə Məxfilik Siyasətimizə uyğun qorunur.
Onlayn seans necə keçirilir?
Bron təsdiqləndikdən sonra sizə təhlükəsiz görüntülü görüşmə linki təqdim olunur.
Bron sorğumu necə ləğv edə bilərəm?
'Seanslarım' bölməsindən gözləyən və ya təsdiqlənmiş bronları istənilən vaxt ləğv edə bilərsiniz.
Sapiens.az-da psixoloq seçmək ödənişlidir?
Platformadan psixoloq axtarmaq və müraciət göndərmək ödənişsizdir. Seansın ödənişli və ya ödənişsiz olması isə seçdiyiniz psixoloqun xidmət şərtlərindən asılıdır.
Sapiens.az-da qeydiyyatdan keçən bütün psixoloqlar təsdiqlənir?
Xeyr. Psixoloq profili təsdiqlənməzdən əvvəl təqdim etdiyi diplom və psixologiya sahəsində təhsil məlumatları Sapiens.az tərəfindən yoxlanılır.Bu yoxlanış nəzarət xarakterlidir.Yoxlanış meyarları platformanın daxili dəyərləndirmə mexanizması əsasında formalaşır.
Mənə uyğun psixoloqu necə seçə bilərəm?
Profil məlumatları, təhsil, ixtisaslaşma və digər məlumatlarla tanış olaraq ehtiyacınıza uyğun mütəxəssis seçə bilərsiniz.
Psixoloqa necə müraciət edə bilərəm?
Psixoloqu seçdikdən sonra profilində mövcud tarix və saatlardan sizə uyğun olanı seçərək bron sorğusu göndərə bilərsiniz.
Bronumu necə ləğv edə və ya dəyişə bilərəm?
Təsdiqlənmiş seansların ləğvi üçün psixoloqunuzla birbaşa əlaqəyə keçməyiniz lazımdır.Yarana biləcək anlaşılmazlıq və fikir ayrılıqlarında sapiens.az heç bir məsuliyyət daşımır.
Psixoloq bronumu təsdiqləməsə nə edə bilərəm?
Bunun bir neçə səbəbi ola bilər.Seçdiyiniz tarix və saatda psixoloqun gözlənilməz işinin çıxması və ya müraciətinizdə qeyd etdiyiniz mövzuların psixoloqun ixtisaslaşdığı istiqamətdən fərqli olması kimi hallarda psixoloq bron sorğunuzu təsdiqləməyə bilər.Bu halda psixoloqla birbaşa əlaqəyə keçməyiniz məlumat əldə etməyiniz üçün daha faydalı ola bilər.
Bir neçə psixoloqa müraciət edə bilərəm?
Bəli, fərqli psixoloqlarla terapiya keçmək qərarı tamamilə sizin ixtiyarınızdadır.
Onlayn seans üçün hansı cihazdan istifadə edə bilərəm?
Onlayn seanslar adətən mövcud onlayn görüş platformaları (zoom, google meet, teams və sair) ilə aparılır.Bu platformalar həm mobil, həm də veb istifadəni dəstəkləyir.Psixoloqunuzla birgə sizə uyğun platformanı seçə bilərsiniz.
Seans linki nə vaxt təqdim olunur?
Bron sorğunuz təsdiqləndikdən adətən 1-3 saat ərzində psixoloqunuz sizinlə əlaqə yaradır.Linkin təqdim edilməsi ilə bağlı detalları psixoloqunuzla danışmağınız zəruridir.
Psixoloqumla bağlı problem yaşasam, Sapiens.az-a müraciət edə bilərəm?
Bu kimi hallarda sapiens.az məsuliyyət daşımır.Lakin problem yaşadığınız hallarda bizə bildirməyinizi xahiş edirik.Bənzər halların təkrarlanması halında psixoloq profili daimi və ya müvəqqəti olaraq deaktiv edilə bilər.
Təcili psixoloji yardıma ehtiyacım varsa, Sapiens.az-dan istifadə edə bilərəm?
Platforma təcili yardım və böhran müdaxiləsi xidməti deyil.Lakin bu kimi hallarda uyğun gördüyünüz psixoloqu seçərək bron sorğusu ünvanlaya bilərsiniz.
Könüllü psixoloqla seans ödənişlidir?
Xeyr. Könüllü psixoloqlarla keçirilən seanslar istifadəçi üçün tamamilə ödənişsizdir və könüllü psixoloq istifadəçidən ödəniş tələb edə bilməz.
Sapiens.az psixoloq və pasiyent arasındakı seanslara müdaxilə edirmi?
Xeyr. Seanslar psixoloq və pasiyent arasında baş tutur və platrofmamız qanun pozuntusu olmayan hallarda heç bir müdaxilə həyata keçirmir.
18 yaşdan aşağı şəxslər Sapiens.az-dan istifadə edə bilərmi?
Platformanın təklif etdiyi xidmətlərdən istifadə vətəndaşın səlahiyyətindədir. 18 yaşdan aşağı şəxslərlə seans həyata keçirilməsi üzrə sapiens.az heç bir məsuliyyət daşımır.Lakin, psixoloqlara tövsiyyəmiz odur ki, valideynlərin yazılı razılığı olmadan (imzalı ərizə formatında) 18 yaşdan aşağı şəxslər seans həyata keçirilməsin.Şikayət halında profiliniz deaktiv edilə bilər.